AZ

İsrail İspaniya hökumətinə qarşı sanksiya tətbiq edir

Musavat.com xəbər verir ki, İsrail xarici işlər naziri Gideon Saar rəsmi açıqlamasında Madridi kəskin tənqid edib və İspaniya hökumətinə qarşı şəxsi sanksiyaların tətbiq olunduğunu bəyan edib.

Saarın sözlərinə görə, baş nazir Pedro Sançesin hökuməti İsrailə qarşı açıq-aşkar düşmənçilik siyasəti yürüdür və bunu aqressiv, nifrət dolu ritorika ilə müşayiət edir:

“Sançesin korrupsiya qalmaqallarını ört-basdır etmək üçün ardıcıl anti-İsrail və antisemit təbliğat aparması göz qabağındadır”, – deyə o bildirib.

Nazir əlavə edib ki, İspaniya hökumətinin aqressiv fəaliyyəti xüsusilə onun İran rejimi və Venesuela prezidenti Nikolas Maduronun hakimiyyəti kimi “qaranlıq və repressiv rejimlərlə” əlaqələri fonunda diqqət çəkir.

Gideon Saar həmçinin vurğulayıb ki, İspaniya tarix boyu yəhudi xalqına qarşı ağır cinayətlər törədib – inkvizisiya, məcburi din dəyişdirmələr və XV əsrin sonlarında yəhudilərin kütləvi şəkildə ölkədən qovulması ilə tam etnik təmizləməyə yol açıb.

Bu açıqlamadan sonra İsrail hökuməti İspaniya hökumətinin bir sıra üzvlərinə qarşı fərdi sanksiyalar tətbiq edildiyini təsdiqləyib. 

 

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr