AZ

Bu məktəbin şagirdləri üçün əzablı günlər başlayır

Gələn həftədən yeni tədris ili başlayır. Şagirdlər sevinc içində doğma məktəblərinə qədəm qoyacaqlar. Lakin Masazır kənd 4 saylı məktəb şagirdləri üçün sevincli yox, keşməkeşli və ağır günlər başlayır.

Çünki adı çəkilən təhsil ocağı təmirsiz və şəraitsizdir. Bu barədə məktəbdə təhsil alan şagirdlərin valideynləri Far.Az-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Qeyd olunur ki, dəfələrlə yerli təhsil orqanlarına bildirilsə də, problemin həll üçün heç bir iş görülməyib.

"Məktəbin təmiri və bəzi işlər üçün bizdən pul yığılır. Lakin siniflərə baxan yoxdur. Partalar pis gündədir. Məktəbdə təkcə ibtidai siniflərdə vəziyət qənaətbəxşdir", - deyə şikayətçi bildirib.

Məktəbdən çəkilən görüntüləri təqdim edirik:

Seçilən
18
1
far.az

2Mənbələr