AZ

ATƏT-in Daimi Şurası Ukraynaya dair növbədənkənar iclasını çağırıb

Kiyev, 9 sentyabr, AZƏRTAC

Finlandiya Ukraynanın xahişi ilə sentyabrın 9-da ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində yazıb.

"Biz bütün beynəlxalq forumlarda Rusiyaya beynəlxalq təzyiqləri artırmaq üçün fəal işləyirik", - deyə Sibiqa bildirib.

Nazirin sözlərinə görə, bu görüş Rusiyanın son zamanlar çoxsaylı mülki əhalinin tələfatına və dağıntılarına səbəb olan kütləvi hücumlarına cavab olacaq.

"Rusiyanın vəhşilikləri cəzasız qalmayacaq. Yalnız təcavüzkara qarşı qəti və ardıcıl təzyiq, o cümlədən sərt sanksiyalar Moskvanı diplomatiya imitasiyasını dayandırmağa və təcavüzkar müharibəyə son qoymağa yönəlmiş real səyləri birləşdirməyə məcbur edə bilər", - deyə nazir vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
14
4
azertag.az

10Mənbələr