ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səhnə adı Pi Diddi ilə tanınan amerikalı reper və prodüser Şon Kombs reper Tupak Şakur və "Death Row Records"un qurucusu Suqe Naytın qətlini sifariş edib.
"Unikal" xəbər verir ki, bu barədə qatil olduğu iddia edilən Krips dəstəsinin keçmiş üzvü Dueyn Davisin (Keff Di) ifadəsində deyilir.
1996-cı ilin sentyabrında iki kaliforniyalı dəstənin nümayəndələri arasında Las-Veqasda keçirilən boks matçından sonra Şakur rəqibini, dəstə üzvlərindən biri olan Orlando Andersona yumruq vurub. Anderson polisə getməyərək bacısı oğlunun qisas almasına kömək etmək istəyən əmisi Dueyn Davisə başına gələnləri danışıb.
Polis hesabatında Tupak qatilinin başqa bir motivi olduğunu iddia edən Devislə gizli müsahibə təsvir edilir. Kombsın Şakurun ölümündə əli olması ilə bağlı daha iki iddia prodüserə qarşı bir sıra mülki iddialar çərçivəsində qaldırılan sənədlərdə üzə çıxıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.