AZ

Tupakın qətlini məşhur reper SİFARİŞ EDİBMİŞ

Dünyaca məşhur reper Tupak Şakurun qətlini amerikalı reper Şon Kombs (səhnə adı P. Diddy) sifariş edib.

Bizim.Media xəbər verir ki, bu barədə “USA Today” yazıb.

Nəşrin yazdığına görə, ehtimal olunan qatil Dueyn Devisin ifadələrinə əsasən, amerikalı reper Şon Kombs qatillərə bunun üçün 1 milyon dollar ödəyib.

Reperin Şakurun ölümündə iştirakı ilə bağlı daha iki iddia isə mülki məhkəmə işləri çərçivəsində təqdim olunan sənədlərdə qeyd olunub.

Nəşrin məlumatına görə, reper dəfələrlə qətli sifariş etməsi və Tupakın vurulduğu avtomobilin icarəsi üçün pul ödəməsi ilə öyünüb. Bununla yanaşı, Kombs ictimaiyyət qarşısında qətldə iştirakını qətiyyətlə inkar edir.

Bizim.Media

Seçilən
6
3
bizim.media

4Mənbələr