AZ

İsrail təyyarələri Suriyanın hava hücumundan müdafiə mərkəzinə hücum edib

BAKI, 9 sentyabr. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriyanın paytaxtı Dəməşqdən 165 km aralıda yerləşən Homs şəhəri yaxınlığındakı Hava Hücumundan Müdafiə Qüvvələrinin bazasına zərbələr endirib .

Teleqraf xəbər verir ki, bu barədə "Əl Ekhbariya" saytı məlumat yayıb.

Bildirilir ki, Homsun cənubundakı Şinşar bölgəsində və Suriya silahlı qüvvələrinin silah-sursat anbarlarının yerləşdiyi Əl-Avrat şəhərində də güclü partlayış səsləri eşidilib.

Hava hücumlarının nəticələri barədə məlumat verilməyib.

Seçilən
29
teleqraf.com

1Mənbələr