ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 9 sentyabr, AZƏRTAC
2025-ci ildə ikinci dəfə keçirilən “Underwater Awards Australasia” illik sualtı fotoqrafiya müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
Bu il müsabiqədə iştirak edən fotoqraflar əsas və səkkiz əlavə nominasiya üzrə qalibiyyət uğrunda mübarizə aparıblar. Ceyms Ferraranın Antarktidada bəbir suitisinin fotosu ən yaxşı elan olunub, həmçinin “Beynəlxalq sular” kateqoriyasında birinci yerə layiq görülüb.
AZƏRTAC-ın redaksiya heyəti finalçıların fotolarını araşdıraraq, ən diqqətçəkən 20 kadrı seçib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.