AZ

Ölkə bu itdən danışır... Video

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Peruda Maçis adlı it jurnalist Karlos Alberto Mesias Zarate və ailəsini böyük təhlükədən xilas edib.

Bu barədə “Qafqazinfo” “NBC News”a istinadən xəbər verir.

Belə ki, heyvan naməlum şəxs tərəfindən həyətə atılan partlayıcı dinamiti görüb və qurğunu söndürə bilib.

Möcüzəvi şəkildə dinamitin qoruyucusunu dişləyən Maçis partlayıcını zərərsizləşdirib. Bu, onun səs tellərinin zədələnməsi ilə nəticələnib.

“İndi siz onun hürməsini eşitmirsiniz”, – deyə jurnalist bildirib.

Nəşr qeyd edir ki, Maçiş yerli məşhura çevrilib və internetdə onun haqqında indi əsl qəhrəman kimi danışılır.

Hazırda polis şübhəli şəxsi saxlayıb. Cinayətin motivləri barədə hələlik məlumat verilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
qafqazinfo.az

2Mənbələr