AZ

Başqırdıstanda futbolçulara daha çox qol vurmaq üçün möcüzəvi içki verilir

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Başqırdıstan Respublikasında "Ufa" futbol klubunun rəhbərliyi oyunçulara kumıs (maya südündən hazırlanmış fermentləşdirilmiş süd içkisi - laktik turşu və spirtli fermentasiya nəticəsində əldə edilir - red.) verməyə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Mash Batash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, uzun müddət qol vura bilməyən hücumçu Uilyams Çimeze kumıs içdikdən sonra oyunlarda fərqlənməyə başlayıb. Bundan sonra komanda daxilində bu içkinin "möcüzəli təsirə" malik olduğu fikri formalaşıb.

"Digər oyunçular da kumısın nələrə qadir olduğunu gördülər. İndi bütün komanda olaraq bunu içirik. Çimezenin qolundan sonra futbolçular matçlardan əvvəl aktiv şəkildə kumıs qəbul etməyə başladılar. İnanırıq ki, nəticə verəcək", - deyə klubun baş direktoru Marat Şmakov bildirib.

Başqırdıstanda futbolçulara daha çox qol vurmaq üçün "möcüzəvi içki" verilir

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
oxu.az

2Mənbələr