Bakı. Trend:
Şimali Koreyanın Raketqayırma Baş İdarəsi və Kimyəvi MateriallarTədqiqat İnstitutu dünən ölkə lideri Kim Çen Inın müşahidəsi iləyeni raket mühərrikinin yer sınağını keçirib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi TeleqrafAgentliyi xəbər verib.
"Kim Çen In bildirib ki, karbon liflərindən istifadə edərəkyüksək təzyiqə malik bərk yanacaq mühərrikinin yaradılmasınınheyrətamiz nəticəsi (...) strateji xarakterli (...) uğurdur, vəKXDR-in strateji nüvə qüvvələrinin genişləndirilməsi vəgücləndirilməsində böyük dəyişiklik olacağını proqnozlaşdırıb", -deyə qeyd olunub.
Məlumata əsasən, keçirilən sınaq mühərrikin hazırlanmasıprosesində sonuncu olub.