AZ

DÇ-2026: Azərbaycan millisi Ukraynanı qəbul edəcək

BAKI, 9 sentyabr. TELEQRAF

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, D qrupunda yer alan yığma evdə Ukrayananı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də səfərdə İslandiya uduzub. Bu nəticədən sonra portuqaliyalı mütəxəssis göndərillib. Millini görüşə Ayxan Abbasov çıxaracaq.

DÇ-2026-nın seçmə mərhələsi

I tur
9 sentyabr
D qrupu

20:00. Azərbaycan - Ukrayna

Hakimlər: Vassilis Fotias, Andreas Meintanas, Mixail Papadakis.

VAR: Jerön Mansxot.

AVAR: Klay Ruperti.

Tofiq Bəhramov adına Respublika stadionu

Seçilən
12
teleqraf.com

1Mənbələr