AZ

“Azadlıq Donanması”nın əsas gəmisinə zərbə endirilib

İsveçli fəal Qreta Tunberqin iştirak etdiyi “Azadlıq Donanması” koalisiyasından Qəzza zolağının sahilinə gedən gəmi pilotsuz təyyarə olduğu güman edilən hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, məlumatı  "Global Sumud Flotilla (GSF) təşkilatı yayıb. Məlumatda qeyd olunur ki, gəminin bütün sərnişinləri və heyəti təhlükəsizlikdədir.

Donanmanın Facebook səhifəsində qeyd olunur ki, GSF rəhbər komitəsinin üzvlərini daşıyan əsas gəmilərindən biri olan "Family Boat"a zərbənin dronla endirildiyi güman edilir: “Gəmi Portuqaliya bayrağı altında üzürdü və bütün sərnişinlər və ekipaj təhlükəsizlikdədir”.

Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr