AZ

Çin günəş panellərinə görə milyardlarla zərər içindədir

Bakı, 9 sentyabr, AZƏRTAC

Çinin Sənaye Nazirliyi günəş energetikası sektorundakı şirkətlərdən artıq istehsal güclərini azaltmağı tələb edib. Nazirlik gözləyir ki, biznes tənzimləmələri sərtləşdirəcək və həddən artıq rəqabəti azaldacaq.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, avqust ayında qurum şirkətləri sənayenin sağlam və dayanıqlı inkişafına dəstək verməyə çağırıb. Sektor istehsal artıqlığından qaynaqlanan qiymət dempinqindən imtina etməlidir.

“Financial Times” qeyd edir ki, Çin hakimiyyəti artıq istehsalın ticarət tərəfdaşları ilə gərginlik yaratmasından da narahatdır, çünki şirkətlər artıqlığı xaricə satmağa çalışırlar.

“Wind” maliyyə şirkətinin məlumatına görə, 2025-ci ilin birinci yarısında Çinin altı ən böyük günəş batareyası və panelləri istehsalçısında itkilər ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 20,2 milyard yuan (2,8 milyard ABŞ dolları) təşkil edib.

“Natixis”in məlumatına görə, 2024-cü ildə Çin zavodları 588 giqavatt günəş elementi istehsal ediblər. Bu göstərici daxili tələbatı (277 giqavatt) və xarici tələbatı (174 giqavatt) üstələyib. Bununla belə, zavodlar yalnız 54 faiz güclə işləyib.

Dünyada günəş elementlərinin istehsalının təxminən 90 faizi Çinin payına düşür. Ölkə hakimiyyəti idxal olunan kömür və digər fosil yanacaqlardan asılılığı azaltmaq, onları özünün bərpaolunan enerjisi ilə əvəzləmək istəyirdi, lakin gəlirlərin azalması göstərdi ki, Pekin qiymət dempinqini və artıq istehsalı dayandıra bilmir.

Asiya ölkələri, o cümlədən Çin kömür elektrik stansiyalarını tikməyə davam edirlər. Günəş və külək enerjisinin qiyməti ucuzlaşır, amma gözlənilməz hallara qarşı onun ehtiyatını yaratmaq olduqca çətindir. Külək turbinləri və fotoelementlər texniki baxımdan günəş və ya külək enerjisini iki həftəlik saxlaya bilmirlər. Yığma vasitəsi kimi xarici litium akkumulyatorundan istifadə etmək olar, lakin bu, çox bahalıdır.

Seçilən
7
6
azertag.az

7Mənbələr