AZ

Dənizdə dəhşət: Köpək balığı 8 yaşlı qızın ayağını dişlədi

ABŞ-ın Qalveston şəhərində köpək balığı qıza hücum edib və onun ayağının bir hissəsini qoparıb. 

News24.az xəbər verir ki, bu barədə KWTX məlumat yayıb.

Səkkiz yaşlı Harper Oçoa və anası Kristi çimərlikdə istirahət ediblər. Azyaşlı qız dayaz suda oynayarkən, birdən nəyinsə ayağından onu tutduğunu hiss edib. Harper nə baş verdiyini anlamayıb, sadəcə naməlum canlını itələyib və anasından kömək istəyib.

Harperi sudan çıxaranda Kristi onun baldırında yırtıq görüb. 

Xəstəxanada həkimlər uşağın köpək balığının hücumuna məruz qaldığını bildiriblər. 

Azyaşlının yarasına 13 tikiç qoyulub. Qız artıq yenidən çimərliyə qayıtmaq istədiyini deyib.



Seçilən
61
1
news24.az

2Mənbələr