AZ

Mağazının administratoru ilə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Valeh Qurbanovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, təqsirləndirilən şəxsin kassasiya şikayəti təmin edilməyib, zərərçəkmişin kassasiya şikayəti qismən - mülki iddiaya aid hissədə təmin olunub. Valeh Qurbanovun Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin hökmü mülki iddiaya aid hissədə ləğv edilib, cinayət işi zərərçəkmiş MMC-nin mülki iddiasına aid məsələyə yenidən baxılması üçün cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunub.


İttiham aktına görə, İkram Həsənov 2020-2022-ci il illərdə mağazalar şəbəkəsinin birində administrator vəzifəsində işləyib. O, çalışdığı müddətdə marketin 10 039,72 manat dəyərində əmlakını mənimsəyib.
 

Yasamal Rayon Məhkəməsi İkram Həsənova bəraət verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti və şikayəti qismən təmin edilib, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə) və 179.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Yasamal Rayon Məhkəməsinin çıxardığı hökm ləğv olunub. İkram Həsənov Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməyib.


Kamal Məmmədov 

Tarix: 9 Sentyabr 2025, 09:20   
Seçilən
8
pravda.az

1Mənbələr