AZ

Ərakçi yenidən Qrossi ilə görüşəcək: Yekun razılaşma əldə oluna bilər  

İranın xarici işlər naziri Abbas Araqçi bu həftə MAQATE-nin baş direktoru Rafael Qrossi ilə yeni əməkdaşlıq sazişini müzakirə etmək üçün görüşməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı İran Press agentliyi yayıb: "Əraqçi bu həftə Qrossi ilə yeni əməkdaşlıq sazişini yekunlaşdırmaq üçün görüşəcək".

Agentlik vurğulayır ki, "görüş İranın nüvə proqramı ilə bağlı diplomatik sülhün bərpasında dönüş nöqtəsi ola bilər: “Yekun razılaşma İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı artan narahatlıqlar fonunda daha da gərginliyin qarşısını ala, Avropadan gələn təzyiqləri azalda və Tehranla MAQATE arasında etimadı bərpa edə bilər".

Qeyd edək ki, sentyabrın 5-də Vyanada İran nümayəndə heyəti ilə MAQATE nümayəndələri arasında görüş keçirilib. Sentyabrın 8-də Qrossi İranla agentlik müfəttişlərinin İranın nüvə obyektlərinə buraxılmasına dair razılaşmanın yaxın günlərdə yenilənəcəyinə ümid etdiyini bildirib: "İrəliləyiş əldə olunub. Ümid edirəm ki, yaxın günlərdə biz İranla davamlı işin bərpasına dair danışıqlarda uğurlu nəticə əldə edə biləcəyik".

Musavat.com

Seçilən
32
2
musavat.com

3Mənbələr