AZ

Səidcəmşid Cəfərov yaponiyalı boksçunu məğlub edib

Azərbaycan millisinin daha bir boksçusu Liverpulda dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, komandamızın heyətində Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) bu hüquqa yiyələnib.

O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.

Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yığmamızın heyətində daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.

Sübhan Mamedov dünya çempionatında ilk görüşündə qələbə qazanıb

Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlib

Mayk Tayson və Floyd Meyvezer rinqdə üz-üzə gələcək

Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

Dünya çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub

Seçilən
57
1
apasport.az

2Mənbələr