AZ

Səmərqənddə Azərbaycan–Özbəkistan mədəni irsi forumu keçirildi - FOTOLAR » AzadMedia.az

Səmərqənddə
Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə keçirilən “Azərbaycan və Özbəkistanın mədəni irsi” layihəsi çərçivəsində beynəlxalq forumun ilk Səmərqənddə – Beynəlxalq Biznes Mərkəzində baş tutdu.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirdə Səmərqənd merinin müavini Rano Toşniyozova, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədri Aytən Həsənova və Özbəkistan Qadın və Qızlar Assosiasiyasının sədri Nəsibə Miradilova iştirak edirdilər. Günün əvvəlində milli geyimlərin sərgisi nümayiş etdirildi, daha sonra müxtəlif sessiyalarda mədəni irsin qorunması, sənətkarlığın cəmiyyətdə rolu, gender siyasəti, əlilliyi olan şəxslərin inteqrasiyası və QHT-lərlə dövlət orqanlarının sosial tərəfdaşlığı mövzuları müzakirə olundu.

Birinci sessiyada Mədəni İrs Sənətkarlığının dövlət tərəfindən qorunması haqqında Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin moderatoru-Aida Əliyeva, Səmərqənd merinin müavini-Rano Toşniyozova,(“Özbəkistanda QHT-lərə dövlət dəstəyi”) Səncər Buriyev – Səmərqənd Şəhər Ədliyyə İdarəsinin şöbə müdiri, (“Cəmiyyətdə sənətkarlığın rolu”) Leyla Musayeva – Leyla Khazari Qalereyasının direktoru, (“Yeni Özbəkistanda gender siyasətinin sosial əsasları”) Eler Uluqmurodov – Demokratik Proseslərin Təhlili Mərkəzinin Səmərqənd Regional Bölməsinin rəhbəri,(“Əlilliyi olan şəxslərin sağlam cəmiyyətə inteqrasiyası”) Pərvanə Mustafayeva – “Sara Xatun” İctimai Birliyinin sədri,(“Dövlət orqanları və QHT-lərin sosial tərəfdaşlığı”) Erkin Toşbotirov – Səmərqənd Şəhər Məşğulluq və Yoxsulluğun Azaldılması İdarəsinin rəis müavini öz çıxışlarını etdilər.

İkinci sessiyada isə sənətkarlıqdan sahibkarlığa mövzusu haqqında Səmərqənd merinin müavini Rano Toşniyozova, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin moderatoru Aida Əliyeva, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədr müavini (“QHT-də sosial layihələrin idarə edilməsi ”) Rəşidə Atakişiyeva, Səmərqənd vilayəti Xünərmand İdarəsinin regional rəhbəri(“Özbəkistanda milli sənətkarlığın inkişafı”) Ümid Həkimov, Lahıc Təbiət Qoruğunun direktoru (“Mis zərb sənətinin qorunması və gələcək nəsillərə ötürülməsi”) Nəzər Əliyev, Səmərqənd üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru (“Özbəkistan-Azərbaycan xalqları arasında millətlərarası dostluq əlaqələrinin möhkəmləndirilməsində Azərbaycan Mədəniyyət Mərkəzinin rolu”) Ramal Mirzəyev, AN Brand-in rəhbəri Nigar Atakişizadə,zərgərlik sənətkarı (“Azərbaycanın zərgərlik mağazaları şəbəkəsinin təqdimatı”) Mehriban Sadıqova forum iştirakçılarına məlumatlar verdilər.

Forumun bağlanışında isə Aytən Həsənova və Nəsibə Miradilova çıxış edərək tədbirin iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsi və mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğuladılar. Bu görüş Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq dəyərlərin, qədim sənətkarlıq irsinin və müasir kreativ ideyaların nümayişi üçün önəmli bir tarix oldu.

Fotolar



















Seçilən
29
3
azadmedia.az

4Mənbələr