AZ

Misir Qərbi Səhradakı yeni quyudan təbii qaz hasilatına başlayıb

Qahirə, 9 sentyabr, AZƏRTAC

Misir Qərbi Səhra bölgəsində yeni quyudan təbii qaz hasilatına başlandığını elan edib. Gündəlik hasilat həcmi 50 milyon kub fut (təxminən 1415841 kubmetr) təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Misirin Neft və Mineral Sərvətlər Nazirliyi bildirib.

Qeyd olunub ki, "Xalida Petroleum" və Amerikanın "Apache" şirkətləri arasında bu tərəfdaşlığın nəticəsində bir ildən az müddət ərzində gündəlik 200 milyon kub futdan çox (təxminən 5663367 kubmetr) əlavə hasilata nail olunub.

Nazirlik vurğulayıb ki, bu irəliləyiş xarici tərəfdaşlara təqdim edilən investisiya təşviqləri paketi və istehsal səmərəliliyini artıran müasir texnologiyaların tətbiqi sayəsində mümkün olub.

Bu nailiyyət Misirin yerli istehsalı artırmaq və idxaldan asılılığı azaltmaqla özünü təminetmə səylərinin bir hissəsidir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
12
azertag.az

1Mənbələr