DÇ-2026 seçmə mərhələsi: Millimiz Ukrayna yığmasını qəbul edəcək
2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ikinci turu çərçivəsində Azərbaycan yığması Ukrayna seçməsini qəbul edəcək.
aia.az xəbər verir ki, görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, millimiz ilk oyunda səfərdə İslandiya seçməsinə 0:5 hesabı ilə məğlub olmuşdu.
9 sentyabr
DÇ-2026 seçmə mərhələsi
I tur
Saat 20:00, Azərbaycan - Ukrayna.
Tofiq Bəhramov adına Respublika stadionu.
aia.az