AZ

İsrail Ərdoğanın “milli maşını”ndan yazdı: Avropanı bu ölkədən başlayaraq fəth edəcək

İsrail mətbuatı Türkiyənin yerli və milli avtomobil markası TOGG-ni manşetlərə çıxarıb.

Publika.az “Milliyyet”ə istinadən xəbər verir ki, Türkiyənin bu layihəsi yerli sənayesini beynəlxalq arenaya çıxaracaq “strateji addım” kimi şərh edilir.

“Calcalist” yazır ki, türk avtomobil sektorunun yüksələn ulduzu olaraq xarakterizə edilən TOGG-nin Münhen avtosalonunda iki yeni modeli təqdim edilib və Almaniyadan Avropa bazarına girməyə hazırlaşır.

“Ərdoğan milli maşını ilə Avropanı fəth etmək istəyir” başlığı diqqət çəkib.

Məlumatda qeyd olunub ki, TOGG yarmarkada təqdim olunan iki yeni modeli – “Sedan T10F” “Mercedes” xətlərini xatırladan müasir ön dizaynı ilə diqqət çəkib, elektrikli yolsuzluq avtomobili T10X isə həm şəhər, həm də yolsuzluq üçün uyğun dizaynı ilə maraq kəsb edib.

Seçilən
7
publika.az

1Mənbələr