İranın xarici işlər naziri Abbas Əraqçi Misirdə Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi ilə görüşəcək.
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bunu İran XİN sözçüsü İsmail Bəqai deyib.
Bəqai, həmçinin bildirib ki, tarixi hələ açıqlanmayan görüş İran ilə Agentlik arasında yeni əməkdaşlıq protokoluna dair danışıqları yekunlaşdırmaq məqsədilə keçiriləcək.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, İran və Agentlik arasında zəmanət öhdəliklərinin icrasına dair qarşılıqlı fəaliyyət qaydalarının mətni İranın nüvə obyektlərinə edilən hücumların yaratdığı real vəziyyət, Şura Məclisinin qanunu və Ali Milli Təhlükəsizlik Şurasının fikirləri nəzərə alınmaqla iki tərəfin nümayəndələri arasında keçirilən üç raund danışıqlardan sonra hazırlanıb və hazırda son mərhələdədir.
Qeyd edək ki, iyulun 2-də İran Prezidenti Məsud Pezeşkian BAEA ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb.