AZ

Azərbaycanın U-21 millisi Bolqarıstanı qəbul edəcək

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirəcək.
 
Moderator.az xəbər verir ki, yığma Bakıda Bolqarıstan yığmasını qəbul edəcək.
 
"Liv Bona Dea Arena"da saat 18:00-da start götürəcək qarşılaşmanı albaniyalı FIFA referisi Florian Lata idarə edəcək.
 
U-21-i meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq.
 
Hazırda B qrupunda Portuqaliya millisi 3 xalla liderdir. Eyni xala malik Bolqarıstan ikinci, Çexiya üçüncüdür. Xal hesabını aça bilmıəyən kollektivlərdən Şotlandiya dördüncü, Cəbəllütariq beşinci, Azərbaycan millisi altıncı pillədə qərarlaşıb.
 
Qeyd edək ki, U-21 seçmə mərhələdəki ilk görüşündə sentyabrın 5-də səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub
 
Seçilən
15
2
moderator.az

3Mənbələr