AZ

DÇ-2026: Azərbaycan millisi seçmə mərhələdə bu gün Ukrayna ilə qarşılaşacaq

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, D qrupunda yer alan komanda Bakıda Ukrayna yığmasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzub.

Seçilən
90
2
azertag.az

3Mənbələr