AZ

İsrail ordusu Qəzzada ən böyük təxliyə əmri verib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhəri üçün indiyədək ən genişmiqyaslı təxliyə əmrini elan edib.


APA xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adraee bildirib.

Məlumatda İsrail ordusunun Qəzza şəhərində böyük güclə hərəkət edəcəyi barədə xəbərdarlıq edilib, sakinlər dərhal tərk etməyə çağırılıb.

"Qəzza şəhərinin bütün sakinlərinə... müdafiə qüvvələri HAMAS-ı məğlub etmək əzmindədir və Qəzza şəhəri ərazisində daha böyük güclə hərəkət edəcək. Şəhərdə qalmağınız çox təhlükəlidir", - sözçü Aviçay Adraee X-də yazıb.

İsrail mediasının məlumatına görə, bu İsrail ordusunun Qəzzada genişmiqyaslı quru əməliyyatına başlama ehtimalını gücləndirir.

Qeyd olunur ki, bundan əvvəl verilən təxliyə göstərişləri müəyyən məhəllələrlə məhdudlaşırdı. Lakin bu dəfəki əmrin miqyası vəziyyətin daha kritik mərhələyə qədəm qoyduğunu göstərir.

Seçilən
57
7
apa.az

8Mənbələr