Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxır.
"Cebheinfo.az" xəbər verir ki, yığmamız Bakıda Ukrayna millisi ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.
Qeyd edək ki, AFFA İslaniya məğlubiyyətindən (0:5) sonra Fernandu Santuşla yollarını ayırıb. Millimizi bu matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq.
DÇ-2026
Seçmə mərhələ, D qrupu
9 sentyabr
Azərbaycan - Ukrayna
"Cebheinfo.az"