AZ

Pambıq tədarükündə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib. FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən “Prime Cotton” MMC-nin Salyan, Sabirabad, Saatlı rayonlarında yerləşən pambığın ilkin emalı filiallarında, “Aqro-Az” MMC-nin Saatlı rayon Pambıq İstehsalı və Emalı Zavodunda, “P-Aqro” MMC-nin Sabirabad Pambıq Qəbulu Məntəqəsində və “Azərpambıq ASK” MMC-nin Sabirabad Pambıq İstehsalı və Tədarükü Məntəqəsində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə sözügedən müəssisələrin əməkdaşları iştirak edib.

“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcımsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə müvafiq yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də müəssisələrin səlahiyyətli şəxslərinin diqqətinə çatdırılıb.

Seçilən
27
9
sia.az

10Mənbələr