AZ

Rheinmetall Ukraynanı “Skyranger” mobil anti-PUA sistemləri ilə təmin edəcək

Almaniyanın Rheinmetall müdafiə konserni Ukraynanı dronlarla mübarizə üçün nəzərdə tutulmuş “Skyranger” mobil artilleriya sistemləri ilə təchiz etməyi planlaşdırır.

Herbiand.az bildirir ki, bunu ZDF telekanalına müsahibəsində şirkətin rəhbəri Armin Papperqer deyib.

Onun sözlərinə görə, ən son “Skyranger” sistemlərinin tədarükü üçün bu həftə Londonda Ukrayna ilə müqavilə imzalanacaq. Papperqer Ukraynaya ilk dəfə təqdim edilən bu mobil sistemlərin pilotsuz təyyarələrin hücumlarını dəf etmək üçün nəzərdə tutulduğunu vurğulayıb. İlk silahın tədarükü bu il gözlənilir.

Rheinmetall ildə 70-100 “Skyranger” qülləsi istehsal etmək gücünə malikdir və onu 200 ədədə çatdırmağı hədəfləyir.

Şirkət rəhbəri tədarük edilən sistemlərin Almaniya ordusunun xidmətində olmadığını açıqlayıb. O, əmin edib ki, hər bir “Skyranger” sistemi 16 kvadrat kilometr ərazini izləmək iqtidarındadır və bu zonadakı bütün dronların tam məhvinə zəmanət verir.

Papperqer bu sistemlərin quraşdırılacağı şassi haqqında məlumat verməyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
62
herbiand.az

1Mənbələr