AZ

Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanıldı

BAKI, 9 sentyabr. TELEQRAF

Polis əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı S.Əliyev, 37 yaşlı P.Himmətov və 31 yaşlı F.Abdullazadə saxlanılıblar.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 4 kiloqramdan artıq narkotik vasitə marixuana aşkarlanıb.

Araşdırmalarla saxlanılanların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
125
teleqraf.com

1Mənbələr