AZ

Consonun gizli sövdələşmələri: Görün istefa verdikdən sonra kimlərə ağız açıb

Britaniyanın keçmiş baş naziri Boris Conson istefa verdikdən sonra siyasi əlaqələrindən şəxsi mənfəət əldə etmək üçün istifadə edib.

Publika.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti Amerikanın Distributed Denial of Secrets (DDoSecrets) qeyri-kommersiya təşkilatının məlumatlarına istinadən yazıb.

Nəşrin məlumatına görə, təşkilat 2022-2024-cü illər üçün Consonun bir sıra elektron və kağız məktubları, çekləri, çıxışları və əlaqələrinə çıxış əldə edib. Nəşr onlara əsaslanaraq belə qənaətə gəlir ki, keçmiş baş nazirin hərəkətləri etika normalarına və lobbiçilik qaydalarına zidd ola bilər.

Nəşrin məlumatına görə, Conson tanıdığı Səudiyyə Ərəbistanı rəsmisi vasitəsilə vəliəhd şahzadə Məhəmməd bin Salmanla əlaqə saxlamağa və ona konsaltinq şirkətinin xidmətlərini təklif etməyə çalışıb. Bundan əlavə, o, Venesuela prezidenti Nikolas Maduro ilə görüşdən sonra Merlyn Advisors hedcinq fondundan 200 min funt-sterlinqdən çox vəsait alıb, baxmayaraq ki, o, əvvəllər bu əlaqə üçün heç bir pul almadığını iddia etmişdi.

Seçilən
58
publika.az

1Mənbələr