Asiyada ənənəvi təhdidlərlə bərabər, qeyri-ənənəvi təhdidlər də artıb.
APA xəbər verir ki, bunu Banqladeşin Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun direktoru general-mayor İftekhar Anis AQEM-in bu gün keçirilən forumunda Asiyada Təhlükəsizliyin gücləndirilməsi mövzusunda sessiyada deyib.
O, dünyada baş verən təbii fəlakətlərin 60%-nin Asiyada baş verdiyini bildirib. Direktor əlavə edib ki, region üzrə kiberhücumların sayında isə 30% artım müşahidə olunur.
İftekhar Anis Asiya regionunun iqlim dəyişikliyi və pandemiyalara çox həssas olduğunu və bu baxımdan region ölkələri arasında əməkdaşlığın gücləndirilməli olduğunu vurğulayıb.