“Fransa vətəndaşları Emmanuel Makronun səkkiz illik biabırçılığından yorulublar”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Fransa Prezident Makronun səkkiz illik biabırçılığından yorulub. Əsl problem özüdür”, - spiker bildirib.
Volodin hesab edir ki, Makron başqa dövlətlərin daxili işlərinə qarışaraq, Avropa İttifaqında şəxsi məqsədləri uğrunda mübarizə apararaq vətəndaşların etimadını itirib və öz boşboğazlığı və səriştəsizliyi ucbatından ölkəni bütün sahələrdə böhrana sürükləyib. O xatırladıb ki, Fransanın dövlət borcu 3,4 trilyon avroya çatıb, iqtisadiyyat durğunluğun astanasındadır, sənaye istehsalı azalır.