AZ

ABŞ şirkətləri Azərbaycanın əlverişliinvestisiya imkanlarından faydalanmağa dəvət olunub

BAKI, 9 sentyabr. TELEQRAF

ABŞ-nin şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşdə Azərbaycan - ABŞ strateji tərəfdaşlığının genişləndirilməsinin Dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün iqtisadi faydaların artırılmasında önəmini vurğuladıq. Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyini, Avropa və Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüsləri və infrastruktur layihələrini diqqətə çatdırdıq. ABŞ şirkətlərini ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət etdik". - deyə nazir bildirib.

Seçilən
27
1
teleqraf.com

10Mənbələr