AZ

Avropa Parlamenti üzvü Qrzeqorz Braun AB bayrağını yandırıb

Ajans.az xəbər verir ki,Braun açıqlamasında bildirib ki, Avropa İttifaqını "düşmən təşkilat" hesab edir və onun simvollarının Polşada nümayiş etdirilməsinə qarşı çıxır. “Bura Polşadır, Brüssel deyil,” – deyə o, hadisə zamanı vurğulayıb. Hadisə ictimaiyyət və siyasi dairələrdə ciddi rezonans doğurub. Avropa İttifaqı və Polşa hökuməti tərəfindən məsələ ilə bağlı hələlik rəsmi reaksiya verilməyib. Qrzeqorz Braun Polşada sağçı mühafizəkar dairələrə yaxınlığı ilə tanınır və daha öncə də AB əleyhinə açıqlamaları ilə gündəmə gəlib.

Seçilən
65
Ajans.az

1Mənbələr