AZ

Tanınmış futbolçu “Qarabağ”la oyunu buraxa bilər

İspaniyanın "Atletik Bilbao" klubunun ulduz futbolçusu Niko Uilyams, UEFA Çempionlar Liqasının əsas mərhələsindəki "Qarabağ"la keçiriləcək qarşılaşmada iştirak etməyə bilər.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  23 yaşlı vinger, İspaniya yığmasının son seçmə oyunlarında zədələnib. Belə ki, Bolqarıstan və Türkiyə ilə oynanan Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin oyunlarından sonra onun əzələsində problem yaranıb.

İspan mətbuatının yazdığına görə, Niko Uilyamsın təxminən 6 həftəlik müalicə dövrü ola bilər. Bu isə onu deməyə əsas verir ki, gənc futbolçunun yaşıl meydanlara qayıdış müddəti onun bərpa prosesinin necə keçəcəyindən asılı olacaq.

Qeyd edək ki, oktyabrın 22-də "Atletik Bilbao" və "Qarabağ" arasında İspaniyanın ev sahibliyi edəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin qarşılaşması olacaq. Bu xəbər, "Atletik" tərəfdarları üçün ciddi bir itki hesab olunur, çünki Uilyams son dövrlərdə komandasının ən əhəmiyyətli oyunçularından biri olub.

Seçilən
85
90deqiqe.az

1Mənbələr