BAKI, 9 sentyabr. TELEQRAF
Vaşinqtonda imzalanan bəyannamə xalqımız və dövlətimiz üçün əlamətdardır.
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasında deputat Qüdrət Həsənquliyev deyib.
O qeyd edib ki, bu razılaşma Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması mühüm uğurdur: “Zəngəzur dəhlizinin açılmasında bu prosesdə yaxından iştirak edən ABŞ-də mühüm rol oynayacaq. Bu dəhliz degion dövlətləri arasında iqtisadi və hümanitar əlaqələrin bərpasına xidmət edəcək”.
Deputat bildirib ki, ABŞ-də imzalanan bəyanat heç bir region dövlətinə qarşı çevrilməyib: “Bu əksinə digər ölkələr üçün əlverişli imkanlar açacaq. Bütün bunların fonunda Ermənistanla yekun sülh sazişi sürətləndirilməlidir. Qardaş Türkiyə ilə birlikdə Ermənistanla kommunikasiya xəttlərinin açılmasına nail olmaq lazımdır. ABŞ və Çinlə isti münasibətlərdən yararlanıb ölkəmizə daha çox investisya cəlb edilməlidir. Eyni zamanda Rusiya ilə münasibətlərin normallaşmasına çalışmalıyıq”.