AZ

Abbas Əraqçi Tunisə və Misirə gedir


İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın regional dialoqu davam etdirmək, ikitərəfli münasibətləri gücləndirmək, regional və beynəlxalq prosesləri müzakirə etmək üçün Tunis ilə Misirə səfər edəcək. "Mehr" agentliyinin məlumatında deyilir ki, səfərlər İranın ikitərəfli əlaqələri gücləndirmək, regional problemlər və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparmaq məqsədi daşıyan İslam ölkələri ilə davamlı dialoq əsasında həyata keçirilir.
İnformasiyaya əsasən, A.Ərakçi Qahirədə olacağı müddətdə İran ilə Atom enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında yeni əməkdaşlıq çərçivəsinin müzakirəsini tamamlamaq üçün qurumun baş direktoru Rafael Qrossi ilə görüşməyi planlaşdırır.

Mətləb

Seçilən
6
1
baki-xeber.com

2Mənbələr