AZ

Cəfər Hüseynzadə NATO-dakı səfiri ilə görüşüb

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker ilə görüşüb.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığı, Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq, gələcək perspektivlər və Azərbaycan-Ermənistan arasındakı sülh prosesi müzakirə edilib.

“Regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təşviqində ABŞ-ın və Prezident Donald Trampın rolunu yüksək qiymətləndiririk”, – deyə məlumatda bildirilib.

Seçilən
17
1
poliqon.az

2Mənbələr