AZ

Rusiya onu həbs etdi: Azərbaycanın tələbi ilə…

Rusiyada məhkəmə Azərbaycanın vəsatəti əsasında respublikada terrorçuluq məqsədilə təlimlər keçirmək, cinayətkar birlik təşkil etmək, silahlı birləşmələr və ya qruplar yaratmaqda təqsirləndirilən şəxsi həbs edib.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, həmin şəxs Azərbaycanda qiyabi həbs olunaraq axtarışa verilib:

“Azərbaycan tərəfdən lazımi təsdiqlər vaxtında alınıb və daha sonra Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları xarici həmkarlarına həmin şəxsin saxlanılması barədə məlumat verib. Moskva məhkəməsi təqsirləndirilən şəxsi həbs edib”.

Materiallarda onun hansı ölkənin vətəndaşı olduğu göstərilmir.

Seçilən
9
4
konkret.az

8Mənbələr