Bakı. Trend:
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası(MRLab) tərəfindən “Telegram” üzərindən həyata keçirilənkiberhücumlarla bağlı araşdırmalar davam etdirilir.
Trend xəbər verir ki, bu barədə Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda kiberəməliyyatla bağlı 112 saxta domen və18 IP ünvanı MRLab tərəfindən nəzarətə götürülmüşdür. Sözügedənresursların fəaliyyəti araşdırılır və istifadəçilərə təsir dərəcəsiqiymətləndirilir.
Mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-ninKompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmisaytında paylaşılacaq.