AZ

70 yaşı tamam olan Gerasimov barəsində QƏRAR VERİLDİ - SON DƏQİQƏ!

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov 70 yaşını tamamladıqdan sonra vəzifəsində qalacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Vedomosti”yə Rusiya Müdafiə Nazirliyinə yaxın iki mənbə bildirib.

Onların sözlərinə görə, Gerasimovun hərbi xidmət müddətinin uzadılması barədə qərar “artıq qəbul edilib”.

Qeyd edək ki, 2021-ci ilə qədər general rütbəsi olan hərbi qulluqçular üçün maksimum xidmət stajı 70 ildir. Bununla belə, ayrıca qanun Rusiya Federasiyasının Prezidentinə Ali Baş Komandan kimi bu yaşa çatmış marşalların və generalların xidmət müddətini uzatmaq hüququ verir.

Xatırladaq ki, sentyabrın 8-də Gerasimovun 70 yaşı tamam olub. Həmin gün Rusiya prezidenti Vladimir Putin Baş Qərargah rəisini “Şücaət” ordeni ilə təltif edib. Gerasimov 2012-ci ildən Baş Qərargah rəisi vəzifəsini icra edir. 2023-cü ilin yanvarından Gerasimov Ukraynadakı Birləşmiş Qüvvələr Qrupuna komandanlıq edir. O, Sergey Şoyqudan sonra da Baş Qərargah rəisi vəzifəsində qalıb.

Musavat.com

Seçilən
35
1
musavat.com

2Mənbələr