Ötən gün Cengiz Ünderi heyətinə cəlb edən "Beşiktaş" daha bir transferi bitirmək üzrədir.

Offsideplus.az xəbər verir ki, "qara qartal" Gökhan Sazdağı barədə "Kayserispor"la razılığa gəlib. İstanbul təmsilçisi 30 yaşlı futbolçu üçün 1.5 milyon avro ödəyəcək.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Fənərbağça" yetirməsi olan G. Sazdağı 2021-ci ildən "Kayserispor"da çıxış edirdi. O, burada 133 oyunda 6 qol vurub və 17 məhsuldar ötürmə edib.