Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota Prius” markalı, 77 KJ 289 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolboyu bir ayağını pəncərədən çıxararaq maşını bu vəziyyətdə idarə edib. Bu cür məsuliyyətsizlik və qaydaların kobud şəkildə pozulması isə sürücünün öz həyatı ilə yanaşı, arxadan gələn digər hərəkət iştirakçıları üçün də böyük təhlükə yarada bilər”, – daxil olan şikayətdə bildirilib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.