AZ

Cəfər Hüseynzadə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi ilə görüşüb

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Azərbaycanın alyansdakı nümayəndəsi Cəfər Hüseynzadə ilə görüşüb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi "X" hesabında məlumat yayıb. 

Qeyd edilib ki, tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, gələcək əməkdaşlıq perspektivləri, Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı müzakirələr aparıblar.

"Biz ABŞ-nin, Prezident Donald Trampın bölgədə və onun hüdudlarından kənarda sülhün, sabitliyin təşviqindəki rolunu yüksək qiymətləndiririk", - deyə paylaşımda qeyd edilib. 

Dear, Ambassador @MattWhitaker46, thank you for the opportunity to meet at @USNATO! I was truly delighted for our exchange on #Azerbaijan–#NATO #partnership within the framework of Partnership for Peace (PfP) program, as well as prospects for future partnership. We highly… https://t.co/QOyWW3wDGt

— Azerbaijan at NATO 🇦🇿 (@AzMissionNATO) September 9, 2025

Seçilən
21
6
missiya.az

7Mənbələr