AZ

Dövlət Xidməti: “Telegram” hücumları araşdırılır

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən “Telegram” üzərindən həyata keçirilən kiberhücumlarla bağlı araşdırmalar davam etdirilir.

Bu barədə News24.az-a Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib. 

Bildirilir ki, hazırda kiberəməliyyatla bağlı 112 saxta domen və 18 IP ünvanı MRLab tərəfindən nəzarətə götürülmüşdür. Sözügedən resursların fəaliyyəti araşdırılır və istifadəçilərə təsir dərəcəsi qiymətləndirilir.

Mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında paylaşılacaq.


Seçilən
38
21
news24.az

10Mənbələr