AZ

Yamal o müğənnidən ayrılmayıb? - İddialara belə reaksiya verdi

"Barselona"nın 17 yaşlı istedadı Lamin Yamal İspaniya millisinin Türkiyəyə qarşı oyununda iki qol ötürməsi ilə yadda qalıb və matçdan sonra paltardəyişmə otağında etdiyi zarafatla diqqət çəkib.

Publika.az xəbər verir ki, son vaxtlar mətbuatda onun 25 yaşlı argentinalı müğənni Niki Nikoldan ayrıldığına dair şayiələr yayılıb. Hətta bəzi nəşrlər sənətçinin "Real"ın yeni oyunçusu Franko Mastanuonla münasibətdə olduğunu iddia edib.

Lakin bütün bu söz-söhbətlər əsassız olub. Yamal özü bu şayiələri təkzib edib və telefonunun ekranına Niki Nikolun şəklini qoyaraq yığmadakı komanda yoldaşı Niko Uilyamsa göstərib. Uilyams isə həmin anı sosial şəbəkədə "oğlum aşiq olub" qeydi ilə paylaşıb. Gənc ulduz bununla vingerin məşhur ifaçı ilə münasibətlərinin davam etdiyini təsdiqləyib.

Xatırladaq ki, Yamal ilk dəfə Niki Nikol ilə münasibətlərini onun doğum günü mərasimində təsdiqləmişdi. O, "İnstaqram"da romantik fotolar paylaşmışdı.

Publika.az

Seçilən
23
19
publika.az

10Mənbələr