AZ

Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar

Sabunçu Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri baş tutub.


Manset.az-ın əldə etdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin müvafiq əmrləri ilə Elvin Şiriyev icra başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilərək, Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin edilib.

Maştağa qəsəbəsinin icra nümayəndəsi Zülfüqar Mirzəliyev isə müvafiq olaraq Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin olunub.

Adil Vəliyevin digər əmri ilə başçının Ramana qəsəbəsi üzrə nümayədəsi Arif Osmanov tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, bir müddət bundan əvvəl icra başçısı Adil Vəliyevin müvafiq əmri ilə Ramil Əliyev Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdi.


Seçilən
14
6
manset.az

7Mənbələr