AZ

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı - QİYMƏT

Novxanı qəsəbəsində, dəniz kənarında yerləşən "Mariana Trench" otel daşınmaz əmlak saytında satışa çıxarılıb.

Satış elanında otelin 235 milyon 818 min 750 manata satışa çıxarıldığı qeyd olunub.

Qeyd olunur ki, otelin ümumi sahəsi 18 min 954 kvadrat metrə bərabərdir.

Məlumat üçün bildirək ki, mətbuatda satışa çıxarılan otelin Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədova məxsus olması barədə iddialar yer alıb.\\Yeniavaz.com 








 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
18
olaylar.az

10Mənbələr