AZ

AQEM baş katibi qlobal proseslərin formalaşmasında Asiyanın oynadığı roldan danışıb

Bakı. Trend:

Asiya qlobal proseslərin formalaşmasında mərkəzi rol oynamağabaşlayır.

Trend xəbər verirki, bu barədə Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləriüzrə müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay AQEM AnalitikMərkəzlər Forumunun on üçüncü iclasında deyib. İclas “İnkişaf vətəhlükəsizlik rezonansı: regional əməkdaşlıq və idarəetmə AQEM-ininstitusional transformasiyası kontekstində” mövzusuna həsrolunub.

“Asiya qlobal proseslərin formalaşmasında açar rol oynamağabaşladığı bir vaxtda bu iclasın məhz Bakıda keçirilməsi xüsusi önəmkəsb edir. Regionumuzun elm, iqtisadiyyat, texnologiya, idarəçilikvə diplomatiya sahələrində artan təsiri yalnız yeni imkanlargətirmir, eyni zamanda, ölçülüb-biçilmiş və birgə qərarlar tələbedən ciddi öhdəliklər də yaradır”, - deyə o bildirib.

Baş katibin sözlərinə görə, bu gün qlobal geosiyasi mənzərədəgenişmiqyaslı dəyişikliklər baş verir. Bu proseslər beynəlxalqmünasibətlər arxitekturasının yenidən qurulması və dövlətlərinartan qarşılıqlı asılılığından irəli gələn yeni çağırışlarlabağlıdır. Bu mürəkkəb şəraitdə AQEM-in xüsusi dəyəri onun dialoqüçün mühüm platforma rolunda çıxış etməsindədir.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr