AZ

Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda istilik təchizatı sektorunun karbonsuzlaşdırılması üzrə layihə işə salınıb

Bakı. Trend:

Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda“İstilik təchizatı sektorunun karbonsuzlaşdırılması və bərpaolunanmənbələrdən istilik enerjisinin inteqrasiyasına dəstək” adlıtexniki yardım layihəsinin icrasına başlanılıb.

Trend bu barədəAzərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, AİB-nin Təmiz Enerji Fondu və Texniki YardımXüsusi Fondu tərəfindən maliyyələşdirilən layihənin dəyəri 1,1milyon ABŞ dolları təşkil edir.

Layihənin əsas məqsədi istilik təchizatı sahəsində MilliStrategiyanın və “İstilik təchizatı haqqında” Qanunun icrasındanirəli gələn normativ hüquqi sənədlərin layihələrinin hazırlanması,istilik sektorunun dekarbonizasiyası, mövcud isitmə sistemlərininenerji səmərəliliyinin artırılması, tarif siyasətininoptimallaşdırılması, pilot layihə vasitəsilə bərpa olunanmənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi,“Azəristiliktəchizat” ASC-nin inkişaf strategiyasınınhazırlanmasını əhatə edir.

Texniki yardım layihəsinin icrası məqsədilə məsləhətçinin cəlbedilməsi üçün AİB tərəfindən aparılmış seçim prosesi avqust ayındayekunlaşıb və “NİRAS” (Danimarka), "Integration Environment &Energy GMBH" (Almaniya) və "ENERGAZER" MMC (Azərbaycan)şirkətlərindən ibarət birgə müəssisə məsləhətçi kimi seçilib.Layihə çərçivəsində nəzərdə tutulan xidmətlərin 2027-ci ilin martayınadək tamamlanacağı planlaşdırılır.

Qeyd edək ki, layihənin icrası müddətində müvafiq texniki vətəşkilatı dəstəyin göstərilməsi Energetika Nazirliyi və“Azəristiliktəchizat” ASC tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Seçilən
35
13
az.trend.az

10Mənbələr